Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:54

Afrika ərzaq istəyir


Hazırda dünyada 1 milyard ac adam var
G8 ölkələri 4 il əvvəl söz verdilər ki, 2010-cu ilə dünyadakı ac əhaliyə yardımı 2 dəfə artıracaqlar.

«VARLI ÖLKƏLƏR VƏDLƏRİNİ YADA SALSINLAR»

Bu, ildə 50 milyard dollar demək idi. Bu pulun yarısı da Afrika ölkələrinə getməli idi. Ancaq varlı ölkələr bu vədlərinə əməl etmədilər. Əksinə, Afrikada ac əhali 100 milyon da artdı.

İtaliyada Böyük Səkkizliyin genişləndirilmiş sammitinə qatılan Afrika liderləri xahiş ediblər ki, varlı ölkələr vədlərini yada salsınlar.

«World Wision» beynəlxalq yardım təşkilatından olan Sue Mbaya sammitdə deyib:

«G8 ölkələri və liderləri Afrika ölkələrinə söz veriblər. 2010-cu il isə artıq qapını kəsib. Bu, axırıncı imkandır. Bizim istədiyimiz, sizin, G8 liderlərinin verdikləri sözə əməl etməsidir».

20 MİLYARDIN 4 MİLYARD DOLLARINI AMERİKA VERƏCƏK

Sammitdə varlı ölkələr isə deyiblər ki, verdikləri vəd onların yadındadır və yeni vəd veriblər ki, Afrikada 20 milyard dollarlıq yeni kənd təsərrüfatı proqramına başlayacaqlar. Bu 20 milyardın 4 milyard dollarını Amerika verəcək.

Bu yeni təşəbbüsü elan edən İtaliyanın Baş naziri Berluskoni deyib ki, əvvəl 15 milyard nəzərdə tutulurdu. Ancaq vəziyyəti varlı ölkələr nəzərə aldılar.

Yeni proqramın əvvəlkilərdən bir böyük fərqi də var. Əvvəllər varlı ölkələr kasıb ölkələrdə aclara yardımı birbaşa ərzaq şəklində verirdi. İndi yardım kasıb ölkələrin fermerlərinə veriləcək ki, ərzaq istehsal edib, acları doydura bilsinlər. Pul toxum almağa, suvarma sistemi yaratmağa veriləcək.

AC ADAMLAR ƏRZAQ İSTEHSAL ETMƏSƏ, KƏNARDAN ONLARI NƏ VAXTACAN DOYDURA BİLƏCƏKLƏR

«Actionaid» adlı beynəlxalq yardım təşkilatından Sara Gilham deyir ki, 15 milyardın 20 milyardla əvəz olunması yaxşıdır. Ancaq hazırda dünyada 1 milyard adam acdır. 2020-ci ildə yardıma ildə 23 milyard dollar tələb olunacaq. Bu əlavə pul varmı?

Ədalət naminə demək lazımdır ki, Afrika ölkələri narazılıq etsələr də, varlı ölkələr keçən ilin yanvarından bu ilin iyuluna kimi kasıb ölkələrə 14 milyard dollar ərzaq yardımı veriblər.

BMT-nin Ərzaq Fondu G8-in qərarını bəyənir. Təşkilatın sədri Diouf deyir ki, ac adamlar ərzaq istehsal etməsə, kənardan onları nə vaxtacan doydura biləcəklər.

Sammitdə yekun gün səslənən maraqlı fikirlərdən biri də yenə Berluskoninin deməyi olub ki, qərar verən orqan kimi G8 azdır. Bundan sonra qərarı yaxşı olardı ki, G14 versin. Böyük səkkizliyə əlavə olunacaq 6 ölkə hansılardır? Adlarını Berluskoni çəkməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG