Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:27

ABŞ diplomatı müstəntiqlə görüşüb


İyulun 10-da Britaniya, Almaniya, Amerika səfirliklərinin nümayəndələri həbs edilmiş gənclər hərəkatı fəallarının vəziyyəti ilə maraqlanmaq üçün Səbail Rayon Polis İdarəsinə gəliblər.

ABŞ səfirliyinin təmsilçisi Dmitri Taraxovsik polis idarəsində görüş keçirib. O, jurnalistlərə işi aparan müstəntiqlə danışdığını deyib. Müstəntiq bildirib ki, xəsarət alan digər şəxslərin vəziyyəti ağırdır.

Gənclər hərəkatı fəalları Emin Milli və Adnan Hacızadə iyulun 8-də paytaxtın «Livan» restoranında idmançı görkəmli şəxslərin hücumuna məruz qalıb. Polis onları 48 saat müddətinə saxlayıb.

Emin Milli və Adnan Hacızadəyə hücum etdiyi bildirilən şəxslər 1983-cü il təvəllüdlü, Füzuli rayonundan olan Babək Hüseynov və 1984-cü il təvəllüdlü, Ağdam rayonundan olan Vüsal Məmmədovdur. Dmitri Taraxovsiknin sözlərinə görə müstəntiq hər iki şəxsin vəziyyətin ağır olduğunu və xəsarət aldıqlarını bildirib.

ABŞ səfirliyinin rəsmisi onu da əlavə edib ki, Azərbaycanın iki gənc fəalının həbs edilməsi ölkənin imicinə mənfi təsir göstərəcək.

Bu gün keçiriləcək məhkəmədə gənclərin sərbəst buraxılması və ya barələrində həbs-qətimkan tədbirinin seçilməsi aydın olacaq.

Gənclərin həbsi ilə bağlı şərhiniz varsa Forumda iştirak edə bilərsiniz

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG