Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:04

Gəncədə məktəb müəlimlərinə təlim keçirilir


2009-2010-cu tədris ilə ilə bağlı ibtidai siniflərdə kurrikulum (yeni tədris proqramı) üzrə dərs deyəcək məllimlərə seminarlar keçirilir.

Gəncə şəhər Təhsil İdarəsinin şöbə müdiri Afaq Əliyevanın verdiyi məlumata görə, təlimlərə regionda fəaliyət göstərən 256 müəllim cəlb olunub bunların da 40 nəfəri Xocalı və Kəlbəcərli pedaqoqlardır. Onlar təlmləri uğurla başa vurduqdan sonra yeni tədris ilindən I siniflərdə dərslərə cəlb olunacaqlar.

Cari ilin may ayında kurrikulumların vəziyyəti ilə bağlı Gəncənin orta məktəblərindəki ibtidai siniflərdə monitorinqlər aparılıb. Daha sonra bu siniflərdə tədris aparan müəllimlərin də hazırldıq səviyyələri öyrənilib. Bu məqsədlə iyun ayında təşkil olunan sınaqlarda 25 müəllim keçid balı (yəni 150 bal), toplaya bilməyib. 20 müəllimin isə balı cəmi 70-90 arasında olub.

Təlimlər Təhsil Nazirliyi və Təhsil Problemləri İnstitutunun mütəxəssisləri tərəfindən aparılır. Təlimlər iyulun 10-da başa çatacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG