Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:51
Almaniyanın İnsan haqları üzrə müvəkkili Günter Nokke həbs edilmiş gənclər hərəkatı fəallarının vəziyyəti ilə maraqlanmaq üçün Səbail Rayon Polis İdarəsinə gəlib.

O, polis idarəsindən görüş keçirdikdən sonra bildirib ki, gənclərin məhkəməsi bu gün günorta saatlarında olmalıdır.

Gənclər hərəkatı fəalları Emin Milli və Adnan Hacızadə iyulun 8-də paytaxtın «Livan» restoranında idmançı görkəmli şəxslərin hücumuna məruz qalıb. Polis onları 48 saat müddətinə saxlayıb.

Obmbudsman bildirib ki, gənc fəallar axşam saatlarına qədər sərbəst buraxılmasalar, bu məsələ Azərbaycanın sərhədlərini aşacaq və ölkənin imicinə mənfi təsir edəcək.

Gənclərin vəkillərinin sözlərinə görə, Adnan Hacızadənin sifətində, gözünün altında və burun nahiyəsində şişlər var, Emin Millinin isə üzündə cızıqlar var, gözünün üstündə zədə yerləri görünür.

Həmçinin bax

Döyülən gənclər 48 saatlığa həbs olundu

Günün bütün mövzuları

XS
SM
MD
LG