Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:18

İran polisi nümayişçilərə qarşı gözyaşardıcı qaz işlətdi


Iran. Xəsarət alan tələbə etirazlar zamanı. 10 iyul 1999
Iran. Xəsarət alan tələbə etirazlar zamanı. 10 iyul 1999
Iran polisi iyulun 9-da Tehranda tələbə etirazlarının 10-cu ildönümünü qeyd edənlərin nümayişini dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

İran paytaxtında küçələrə çıxan yüzlərlə insan 1999-cu ildəki tələbə etirazlarının dağıdılmasını pisləyiblər və məlumatlara görə, “Diktatora ölüm” şüarları səsləndiriblər.

Nümayişçilər vaxtilə tələbə etirazlarının keçirildiyi Tehran Universitetinə doğru hərəkət ediblər.

İyunun 12-də İranda prezident seçkilərinin nəticələrinə etiraz edənlərin etirazlarından sonra şəhərlərin küçələrində polisin sayı artırılıb.

Iran -- Tehranın mərkəzində tələbə etirazları. 10 iyul 1999
Bundan qabaqkı illərdə tələbə qrupları 1999-cu ilin etirazlarını məhdud dairədə keçirilən mərasimlərdə anırdılar. Bu il Tehran meri xəbərdarlıq eləmişdi ki, etirazların ildönümünü kütləvi aksiya ilə qeyd etməyə cəhd göstərənlərə qarşı sərt ölçü götürüləcək.

10 il qabaq mühafizəkar siyasi qrupun üzvləri tələbə yataqxanalarına hücum edərək 1 tələbəni öldürülmüş, onlarla tələbəni isə yaralamışdı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG