Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:53

Hüquq müdafiəçiləri yeni təyinata "yox" dedilər


Rusiyanın tanınmış hüquq müdafiə təşkilatları Vladislav Surkovun mülki cəmiyyətlə bağlı yeni Amerika-Rusiya işçi qrupuna həmsədr təyin edilməsinə etirazlarını bildiriblər.

Surkov prezident administrasiyası rəhbərinin müavinidir və hüquq müdafiə təşkilatları onu müstqil media və müxalifət partiyalarına qarşı təzyiq kampaniyasında əli olmaqda ittiham edirlər.

Mülki cəmiyyətlə bağlı bu komitənin yaradılması haqda razılıq Amerika prezidenti Barak Obamanın Rusiyaya son səfəri zamanı əldə olunub.

20-dən çox hüquq müdafiəçisi prezident Medvedevə yazdıqları məktubda Surkovun təyinatına yenidən baxmağı xahiş ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG