Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:14

Həmsədrlər Bakıya gəliblər


ATƏT-in Minsk Qrupunun həmsədrləri Bakıya gəliblər. İyulun 10-da onların prezident İlham Əliyev və Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşləri gözlənir.

Həmsədrlərin regiona növbəti səfəri çərçivəsində planlaşdırılan görüşləri Azərbaycan və Ermənistan prezidentlərinin iyulun 18-də Rusiyada keçiriləcək MDB-nin qeyri-formal sammitinə hazırlıq kimi də dəyərləndirilir.

Həmsədrlər Bakıya gəlməmişdən əvvəl Yerevanda olublar.

İyulun 17-18-də Moskvada Rusiya prezidentinin mükafatı uğrunda ənənəvi at yarışları keçiriləcək. Həmin tədbir zamanı İlham Əliyevlə Serj Sarkisyanın növbəti görüşü nəzərdə tutulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG