Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:59

«Moskva görüşü irəliləyişlərin mümkün olub-olmadığını göstərəcək»


«Dağlıq Qarabağın statusu yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müəyyənləşdirilə bilər». İyulun 9-da bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov deyib.

Nazir Dağlıq Qarabağın statusu ilə bağlı məsələnin müzakirəsinə hazır olduqlarını bildirib: «Status məsələsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Azərbaycanlı qaçqınlar öz yerlərinə qayıtmalı və işğal altındakı rayonlar azad edilməlidir».

E. Məmmədyarov deyib ki, «biz Dağlıq Qarabağın statusunu, işğal altındakı torpaqların boşaldılması və insanların ora qayıtmasını, onlar üçün normal şəraitin yaradılması və kommunikasiyaların bərpası məsələlərini müzakirə etməliyik. Amma bunun nə vaxt baş tutacağı, statusun necə olacağı və digər bu kimi çoxlu suallar var».

Nazir deyib ki, «Moskva görüşü Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyişlərin mümkün olub-olmadığını nümayiş etdirəcək. Bu gün Bakıda Yerevanda səfərdə olmuş ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüş keçiriləcək. Biz onlarla söhbət aparacağıq və hansı mesajla gəldiklərinə baxacağıq».
Azərbaycan və Ermənistan prezidentləri iyulun ortalarında Moskvada Rusiya prezidentinin mükafatı uğrunda at yarışları çərçivəsində görüşməyi planlaşdırır.
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədrləri iyulun 8-də Yerevanda danışıqlar aparıblar, iyulun 9-da isə Bakıya səfər edəcəklər.
XS
SM
MD
LG