Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:45

Əlirza Fərşi və xanımı hələ də həbsxanadadırlar


Əlirza Fərşi
Əlirza Fərşi və onun xanımı Sima Didar hələ də həbsxanadadırlar. Bunu «Azadlıq» radiosuna Əlirza Fərşinin vəkili Abbas Camali deyib. O bildirir ki, Sima xanımı bir dəfə görüb, amma Fərşi ilə görüşə icazə verilmir:

«Ötən həftə Sima Didarla həbsxanada görüşdüm. Müraciət etdim görüş verdilər. O vaxtadək hər hansı zorakılığa məruz qalmamışdı. Amma Əlirza bəylə görüşə icazə vermədilər. Dedilər təhqiqat gedir, olmaz».

Abbas Camali deyir ki, təhqiqat işi başa çatmadığı üçün hələ məhkəmənin nə vaxt olacağı da bəlli deyil. Ona görə də Əlirza Fərşi və Sima Didarla görüşmək üçün iyulun 9-da yenə müraciət etmək fikrindədir.

İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının nümayəndəsi Yaşar Həkkakpur isə deyir ki, onlar Əlirza Fəşri və Sima Didarın, eləcə də milli haqlarını tələb edən digərlərinin həbsdən azad edilmələrinə nail olmaq üçün bütün dünyaya müraciət etmək fikrindədirlər:

«Biz dünyanın hər yerində olan insanlara müraciət etməyə hazırlaşırıq. Qoy hamı İran rəhbərliyinə və onun müvafiq orqanlarının rəislərinə məktub yazıb Əlirza Fərşi, Sima Didar və digərlərinin azadlığa buraxılmasını istəsinlər. Əlirza Fərşi hətta tutulub aparılanda da «Ana dilində mədrəsə» şüarını səsləndirirdi. Buna görə insanı həbs etmək düz deyil».

Əlirza Fərşi kompyuter texnologiyaları üzrə alimdir. Univeristetdə dərs deyir. O, bu il mayın 22-də milli haqların təminatı tələbi ilə Təbrizdə keçirilən etiraz aksiyası zamanı saxlanılıb. Bundan bir müddət sonra vəkili Abbas Camali vsitəsilə xanımı Sima Didar həyat yoldaşı ilə görüş üçün həbsxanaya dəvət olunub və o da saxlanılıb.

Sima Didar İran azərbaycanlıları arasında fəallardan biri kimi tanınır. İranda nəşr olunan «Yaşmaq» tələbə jurnalının baş redaktoru olub.

Yaşar Həkkakpur deyir ki, etiraz aksiyalarında iştiraka görə həbsxanaya düşənlərin sayı dəqiq məlum olmasa da, onlardan 11-nin kimliyi barədə əllərində məlumat var. Bunlar Əli İslami, Bayram Xaliqzadə, Əkbər Məhəmmədi, Qadir Hümməti və digərləridir. Onlardan 3 nəfərin sonradan azad edildiyi bildirilir.

Şərhləri göstər

XS
SM
MD
LG