Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:06

Obama ulduzu Moskvada niyə parlaya bilmədi?


25 yaşlı tələbə: «Mən başa düşə bilmirəm Obama niyə belə ulduz hesab olunur»
25 yaşlı tələbə: «Mən başa düşə bilmirəm Obama niyə belə ulduz hesab olunur»
«New-York Times» yazır ki, getdiyi bütün paytaxtlarda öz xarizması ilə kütləni heyran qoyan Obamanın ulduzu Moskvada parıldaya bilmədi. Hətta qərbyönümlü biznes məktəbində də o, tələbələrdə böyük təəssürat oyada bilmədi.

25 yaşlı Zadornov deyir: «Mən başa düşə bilmirəm Obama niyə belə ulduz hesab olunur. Onun davranışı, özünü necə aparması auditoriya ilə manipulyasiyaya oxşayır».

«Nyu-York Times» soruşur ki, bəlkə rusiyalılar fərqlidir? Çünki Moskvada sorğu keçirilmişdi ki, «Siz Obamanın gəlişindən nə gözləyirsiniz?» - əsas cavab bu olmuşdu ki, «yollarda tıxaclar».

Obama niyə Moskvada parıldaya bilmədi? - sualına vaxtilə Amerika prezidenti Bill Klintonun çıxışlarını yazan Tom Malinovskinin öz cavabı var: «yüksək ideallara sinizmlə baxmaq Rusiyada təbiidir».

Televiziya aparıcısı Sergey Brilevin izahı isə budur ki, Obamanın nitqini rus dilinə olduğu kimi çevirmək mümkün deyil.

68 yaşlı pensiyaçı Kanişev isə deyir ki, Rusiya əhalisi nəticəyə baxır. İndi siz sözə inanan adamı Rusiyada tapmazsınız.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG