Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:10

Keçmiş nazirlər Qarabağ danışıqları barədə


Azərbaycanın keçmiş xarici işlər nazirləri Həsən Həsənov, Vilayət Quliyev və Tofiq Zülfüqarov Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların hazırkı mərhələsi barədə «Azadlıq» radiosunun suallarını cavablandırıblar.

Həsən Həsənov

Həsən Həsənov
Dağlıq Qarabağ prosesi ilə bağlı Azərbaycanın apardığı danışıqlar məni qane edir. Mən inanıram və yüz faiz əminəm Azərbaycanın maraqları qorunur. Bu danışıqlar verilən bəyanatlarından da məlumdur. Bir də əgər danışıqlar Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında gedirsə, deməli biz bu danışıqlardan razı qalmalıyıq. Danışıqları aparan adamlar nə deyirlərsə, nə bəyanat verirlərsə onların hamısına inanmaq lazımdır.

Vilayət Quliyev

Əlbəttə danışıqlar artıq 15 ildən artıqdır davam edir və bu əvvəl-axır nəticəsini verməlidir. Konkret nəticələrin olmaması danışıqlar anlayışının özünü yayğın bir ifadəyə çevirir. Təbii ki, son illər mənim danışıqların konfidensial hissəsindən xəbərim yoxdur. Ümumi şəkildə bilirəm ki, danışıqlar gedir, müxtəlif formatlar ortalığa qoyulur. Təbii ki, Azərbaycanın regionda gücü, qüdrəti artdıqca, beynəlxalq aləmdə nüfuzu gücləndikcə bu danışıqlar prosesində təsir imkanları da artır. Ona görə yaxın illərdə hər hansı bir müqavilənin imzalanmasına müəyyən qədər ümidlə yanaşmaq olar. Amma hesab edirəm ki, Azərbaycan torpaqlarının bir hissəsinin azad olunması – yəni 5+2 formulunun realizə olunması son dərəcə ciddi yanaşma tələb edən bir məsələdir. Biz elə addım atmalıyıq ki, tarixi torpaqlarımızın bir hissəsinin qaytarılması onun başqa bir hissəsinin gündəlikdən çıxarılmasına və yaxud uzun illər onun arxa plana atılmasına imkan verməsin.
Vilayət Quliyev


2001-2002-ci illərdən fərqli olaraq Azərbaycan mövqeyini daha da sərtləşdirməlidir. O vaxtdan bəri Azərbaycan daha böyük inkişaf yolu keçib, bizim ordumuz daha qüdrətlidir, Azərbaycana beynəlxalq dəstək daha da artıb. Bütün bu proseslər fonunda Azərbaycanın tələbləri daha da qətiyyətli olmalıdır.

Ziyalıların Qarabağa səfərlərinə gəldikdə, mən o səfərlərdən böyük bir şey gözləmirəm, amma həmin səfərin qəti əleyhdarlarından da deyiləm. Əgər xalqlar yanaşı yaşayacaqlarsa və biz qarşılıqlı şəkildə müəyyən güzəştlərlə sülh müqaviləsi imzalamaq istəyiriksə, xalq diplomatiyası işə düşməlidir. Yəni mən burda qorxulu və ziyanlı bir şey görmürəm.

Tofiq Zülfüqarov

Hər halda ümid var. Belə bir ümid var ki, prezident də, xarici işlər naziri də bəyanatlar veriblər. Elə bir vəziyyət yaranıb ki, ümid üçün yer var.
Tofiq Zülfüqarov


Hansısa imkanlar yarana bilər. Amma bir şeyi yaddan çıxarmaq lazım deyil ki, hansısa nəticəni əldə etmək üçün gərək hər iki tərəf səy göstərsin. Təəssüflər olsun ki, dəfələrlə belə vəziyyətlər yaranırdı, amma Ermənistan tərəfi axırıncı məqamda öz mövqeyini dəyişirdi və inkişaf əldə olunmurdu.

Qarabağa səfərlərin faydası var, amma bu əsas diplomatiyanı əvəz edə bilməz. Mən hesab edirəm ki, əsas diplomatiyadan və orda əldə olan real nəticələrdən asılı olaraq bu cür səfərlər baş verə bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG