Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:56

Maykl Ceksonla vida mərasimi keçirilib


Maykl Ceksonun cənazəsi qızıldan düzəldilmiş tabutda «Staples Center» arenasına gətirilib

Maykl Ceksonun cənazəsi qızıldan düzəldilmiş tabutda «Staples Center» arenasına gətirilib

İyulun 7-də Los-Ancelesdə «Staples Center» idman mərkəzində dünya pop karlı Maykl Ceksonla vida mərasimi keçirilib. Onun cənazəsi qızıldan düzəldilmiş tabutda mərkəzə gətirilib.

Səhnəni müğənninin üzərində «Maykl Cekson, pop kralı (1958-2009)» yazılan nəhəng fotosu bəzəyib. Səhnənin aşağı hissəsi isə əklillər və gül səbətləri qoyulub.

Ceksonun ailəsinin dəfn mərasimini ailə çərçivəsində aparacaqları deyilsə də, artıq yarım milyon adam internet-lotereyada iştirak edib və dəfn mərasimində iştirak üçün 17 min 500 bilet satılıb.

Maykl Cekson iyunun 25-i vəfat edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG