Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:43

Bu il Ermənistan iqtisadiyyatında 20 % geriləmə gözlənir


Baş nazir Tiqran Sarkisyan hökumətin iqtisadiyyatla bağlı yeni proqnozunu aldığını bildirir. Onun dediyinə görə həmin proqnozda bu il Ermənistan iqtisadiyyatında 20 % geriləmə gözlənir.

Hökumət iqtisadiyyatda son həftələr davam edən kəskin enmənin ilin ikinci yarısında səngiyəcəyini gözləyir. İlin ikinci yarısında isə ölkə carici maliyyə qurumlarından və dövlətlərdən böhrana qarşı borc ala biləcəyinə ümid edir.

Baş nazir ötən həftə hökumətin toplantısında məlumat verib ki, Rusiyadan aldıqları 500 milyon dollarlıq borc payıza doğru iqtisadiyyatda öz təsirini göstərəcək.

Tiqran Sarkisyan qeyd edir ki, beynəlxalq iqtisadi böhranın təsirinə məruz qalana qədər Ermənistan iqtisadiyyatı ikirəqəmli ədədlə inkişaf edirdi.
XS
SM
MD
LG