Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:18

Lalə Şövkət: «Biz məlumatsızıq»


Lalə Şövkət
Lalə Şövkət
Liberal Partiyanın lideri Lalə Şövkət «İşdən sonra» proqramında Qarabağ münaqişəsi ilə bağlı fikirlərini bölüşüb. O deyir ki, Ermənistanda prezident Serj Sarkisyan müxalifətlə bu münaqişə ilə bağlı vaxtaşırı görüşsə də, Azərbaycanda təəssüf ki, belə deyil. Qonaq həmçinin danışıqların detallarından məlumatsız olmalarından da təəssüflənib:

«Türkiyə prezidenti Abdulla Gül ABŞ prezidenti Barak Obama ilə telefonda Dağlıq Qarabağ məsələsini müzakirə etdi. Bax bu böyük məsələdir. Amma bu günkü söhbətlər yeni raunddur. Bundan çox görmüşük, nəticəsi olmayıb. Bu gün təəssüflər olsun ki, bizim sülh sazişinin layihəsindən dəqiq məlumatımız yoxdur. Bu, çox mühüm məsələdir».

Lalə Şövkətin qənaətincə, prezidentlərin gələn həftə baş tutmalı Moskva görüşünün nəticələri Barak Obama ilə Dmitri Medvedevin danışıqlarından asılıdır:

«Qarabağ məsələsi geosiyasi konsensusla bağlıdır. Rusiya ilə Qərb ortaq məxrəcə gəlməsələr, münaqişə çözüləsi deyil. Ümidvaram ki, bu məsələ iki prezidentin görüşündə müzakirə edilib. Amma yenə deyirəm - biz danışıqlardan təəssüf ki, məlumatsızıq».

«XALQ DİPLOMATİYASINA İNANIRAM»

Lalə Şövkət həmçinin ziyalıların qarşılıqlı səfərlərinə də münasibət bildirib:

«1992-ci ildə Azərbaycan ziyalıları adından mən, Müslüm Maqomayev, Tahir Salahovla birgə Moskvada erməni ziyalıları ilə görüşdük. Orda elmi, ictimai müzakirələr gedirdi. Bu, xalq diplomatiyasıdır. Bu, ayrı məsələdir. Səfirin Dağlıq Qarabağa getməsi tamam ayrı məsələdir və xalq diplomatiyası deyil. Səfirin prezidentin göstərişi olmadan Qarabağa getməyə nə ixtiyarı, nə səlahiyyəti var. Mən xalq diplomatiyasının tərəfdarıyam. Ona görə ki, nə Ermənistan, nə Azərbaycan başqa planetə köçəsi deyillər. Bu torpaqda yaşamalıyıq. Xalq diplomatiyası uzun müddətli prosesdir və ola bilsin müəyyən nəticələrə gətirə bilər».
XS
SM
MD
LG