Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:57

Urumçidə gərginlik davam edir


Güclü təhlükəsizlik tədbirlərinə baxmayaraq, bu gün Urumçidə uyğur qadınlarından ibarət biq qrup tutulanların azad edilməsi tələbilə etiraz aksiyası keçirib.
Agentliklərin məlumatına görə bıçaq və sobalarla silahlanmış bir qrup Han çinlisi də uyğurların şəhərdəki dükanlarına hücum ediblər.

Hökumət urumçidə komendatn saatı tətbiq edib. Mobil telefon rabitəsinin və internetin fəaliyyətini zəiflədim. Twitter sosial şəbəkəsinə çıxışı dayandırıb. Başqa bu cür şəbəkələri isə senzura edir.

BMT-nin insan haqları üzrə Ali komissarı Çinin Sincan əyalətində baş verən hadisələrdə çox sayda adamın öldürülməsindən narahatdır. İyulun 7-də onun sözçüsü Navi Pillay bildirib ki, Komissar qarşıdurmada olan bütün tərəfləri zorakılığı dayandırmağa çağırır:

- Ali Komissar bazar günü Urumçidə çox sayda insanın ölümündən və qarşıdurmanın davam etməsindən narahatdır. O, bölgədəki bütün qurumları, o cümlədən də bütün səviyyələrdə hakimiyyət orqanlarını zorakılığın qarşısını almağa və gələcəkdə belə hadisələrin təkrar olunmaması üçün tədbirlər görməyə çağırır.

BMT-nin müharibə cinayətləri üzrə keçmiş prokuroru olan Navi Pilay həmçinin ötən bazar günü baş verən hadisələrin müstəqil araşdırılmasına çağırıb.
İyulun 5-də Urumçidə polislə mitinqşilər arasında baş verən toqquşmalarda 156 adam həlak olub, 800-dən çox adam da yaralanıb.

Bu əyalətdə əsas münaqişə etnik han çinlilərlə türkdilli müsəlman uyğurlar arasındadır.
XS
SM
MD
LG