Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:12

ABŞ-ın xarici siyasəti tənqid edilir


Amerikanı daha çox öz gücündən istifadə edib başqa ölkələri nəyəsə məcbur etməkdə, beynəlxalq hüququ pozmaqda və iqlim dəyişikliyinə müdaxilədə ittiham edirlər
Amerikanı daha çox öz gücündən istifadə edib başqa ölkələri nəyəsə məcbur etməkdə, beynəlxalq hüququ pozmaqda və iqlim dəyişikliyinə müdaxilədə ittiham edirlər
«World Public Opinion» beynəlxalq sorğu təşkilatı dünyanın 20 ölkəsində ABŞ-ın xarici siyasəti ilə bağlı münasibət öyrənib.

Sorğunun nəticələri göstərir ki, bu ölkələrdən 13-də insanlar ABŞ prezidenti Obamanın beynəlxalq əlaqələrdə düzgün yol tutduğuna insansa da, ümumilikdə, ABŞ-ın xarici siyasəti tənqid edilib. Amerikanı daha çox öz gücündən istifadə edib başqa ölkələri nəyəsə məcbur etməkdə, beynəlxalq hüququ pozmaqda və iqlim dəyişikliyinə müdaxilədə ittiham edirlər. Ümumilikdə isə, ABŞ-ın dünyada mənfi yoxsa müsbət rola malik olması ilə bağlı isə fərqli fikirlər səsləndirilib.

Prezident Obamanın beynəlxalq əlaqələrdə düzgün yol tutub-tutmaması ilə bağlı isə ABŞ da daxil olmaqla 61 faiz ona inandıqlarını deyiblər.

Sorğuda iştirak edənlərin dörddə biri Amerikanın onların ölkələrinə münasibətinin ədalətli olmadıqlarını deyib. Üçdə ikisi isə bildirib ki, ABŞ öz gücündən istifadə edib onun ölkəsinə öz istədiyini diktə edir. Ümumilikdə isə sorğudakı göstəricilər 2008-ci ilin göstəricilərindən yaxşı olmayıb.

Sorğu keçirilən bütün ölkələrdə respondentlərin əksəriyyəti deyib ki, ABŞ üstünlük əldə etmək üçün hərbi gücündən istifadə edir. Amerikadan olan respondentlərin 71 faizi bu fikirlə razılaşıb.

Avropada Obama haqqında fikirlər müsbət olub. ABŞ prezidentinə o qədər də güvən ifadə etməyən ölkələr isə əsasən müsəlman dövlətləri olub. Fələstin (67 %), Pakistan (62 %), Misir (60%), İraq (57%) və Rusiya (55%).

«World Public Opinion»un direktoru Stiven Kal deyib ki, insanların çoxu Amerika prezidenti haqqında pozitiv düşünür, lakin insanların çoxu həm də bu aparatın dominantlıq siyasəti daşıdığına inanırlar.

Rəyi soruşulanların 38%-i ABŞ-ın dünyada rolunu pis qiymətləndirib. Onların yalnız 20%-i bu rolu bəyəndiyini deyib. 30% isə ABŞ-ın dünyadakı roluna nə yaxşı, nə də pis qiymət verib.

Obamanın apreldə Ankarada müsəlman dünyasına müraciət etməsinə baxmayaraq, türklərin 72 faizi ABŞ-ın mənfi rol oynadığını bildirib. Sorğunun aparıldığı ölkələrin 9-da insanların çoxu bu fikri səsləndiriblər. Pakistanda (69%), Misir (67%), İraq (53%), Rusiya (49%), Çin (41%), Ukrayna (41%), İndoneziya (39%), Azərbaycan (38%).

HƏMÇİNİN OXU:

Azərbaycan əhalisi Obamaya inanır

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG