Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:44

Obama İsrailə “yaşıl işıq” iddialarını rədd edir


ABŞ prezidenti Barak Obama İranı vurması üçün İsrailə “yaşıl işıq” yandırdıqları barədə iddiaları rədd edib.

Bu gün CNN televiziyası Barak Obamaya sual verib ki, həqiqətənmi İranın nüvə obyektlərinə hücum üçün Vaşinqton İsrailə vurması üçün İsrailə “yaşıl işıq” yandırıb. Prezidentin cavabı belədir: “Qətiyyən yox”.

Obaça bildirib ki, İranın müvə planlarına görə yaranan problem diplomatik yollarla həll olunmalıdır.

Dünən ABŞ-ın vitse-prezidenti Coe Bayden bildirmişdi ki, ölkəsi özü müstəqil dövlət olan İsrailə nəyi necə etməyi əmr edə bilməz. Bu sözləri bir çoxu İranın nüvə obyektlərini vurması üçün ABŞ-ın İsrailə “yaşıl işıq” yandırması kimi yoxmuşdu.
XS
SM
MD
LG