Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:16

Urumçidə komendant saatı tətbiq olunur


Çin hökuməti ölkənin şimal-şərqində Xincan əyalətinin mərkəzi Urumçidə komendant saatı tətbiq edib. Qərar bu gün yerli vaxtla axşam saat 9-dan qüvvəyə minir.

İyulun 5-də Urumçidə polislə mitinqşilər arasında baş verən toqquşmalarda 156 adam həlak olub, 800-dən çox adam da yaralanıb.

Bu əyalətdə əsas ziddiyyət etnik han çinlilərlə türkdilli müsəlman uyğurlar arasındadır.

Bu gün səhər saatlarında da polis han çinlilərin keçirdikləri mitinqi dağıtmaq üçün gözüyaşardan qazdan istifadə edib.

Polis əksəriyyəti qadın olan uyğurların aksiyasını da dağıdıb. Onlar hadisələr zamanı tutulan 1 400 nəfərin azad edilməsini tələb edirdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG