Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:06

Ermənistan və Azərbaycan QHT təmsilçiləri Brüsseldə görüşəcək


İyulun 16-da Azərbaycanda və Ermənistanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri Brüsseldə toplanacaqlar.

Görüşdə Azərbaycanı hüquq müdafiəçiləri Arzu Abdullayeva, Novella Cəfəroğlu, Əvəz Həsənov, Kərim Kərimli və Eldar Namazov təmsil edəcəklər.

Bu barədə məlumat verən Arzu Abdullayevanın sözlərinə görə, tədbir Avropa Komissiyasının, eləcə də münaqişələrin həlli ilə məşğul olan Crisis Management İnitictive, İKV/Paxchristy, İnternational Alert və Helsinki Vətəndaş Assambleyası kimi beynəlxalq təşkilatlar tərəfindən təşkil olunub.

Görüşdə Qarabağ münaqişəsinin həllində Avropa Birliyinin rolu ilə bağlı müzakirələr aparılacaq, münaqişə tərəflərinin rəyi dinləniləcək.
XS
SM
MD
LG