Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:08

Çində qarışıqlıq davam edir


Çinin Sinzian əyalətinin mərkəzi Urumçidə qarışıqlıq davam edir. Verilən məlumata görə minlərlə etnik uyğur dəyənək və daşla silahlanaraq polislə toqquşub. Polis onlara qarşı gözyaşardıcı qazdan istifadə edib. Iyulun 6-i Sinzianın ikinci böyük şəhəri Qaşqarda da qarşıdurma olub. Müşahidəçilər bunun səbəbinin Çin hökumətinin həmin regionda yaşayan müsəlman uyğurların hüquqlarını pozması olduğunu deyirlər.

Qarışıqlıq yaratmaqda şübhəli bilinən 1500 nəfər həbs olunub. Bu haqda dövlətə məxsus Sinhua agentliyi xəbər verir.

İyulun 5-i əsasən müsəlman uyğurların məskunlaşdığı Sinzian rayonunda baş verən toqquşmalarda 156 nəfər ölüb.

Hazırda Sinzianın paytaxtı olan Urumçidə küçələri hərbi polis qüvvələri qoruyur. Şəhərdə mobil telefon şəbəkəsi və sosial internet şəbəkəsi olan Twitter-ə giriş bloklaşdırılıb.
XS
SM
MD
LG