Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:08

Obama Putinlə görüşdü


Prezident Barak Obama və Rusiyanın baş naziri Vladimir Putin. Moskva, 7 iyul 2009

Prezident Barak Obama və Rusiyanın baş naziri Vladimir Putin. Moskva, 7 iyul 2009

ABŞ prezidenti Barak Obama Rusiya baş naziri Vladimir Putinlə görüşüb. Obama görüş zamanı deyib ki, onların hər mövzuda razılığa gəlməsi inandırıcı deyil, amma münasibətləri möhkəmlətmək üçün əla imkanları var.

ABŞ prezidenti Barak Obama Rusiyaya səfərinin ikinci günü Rusiya baş naziri Vladimir Putinlə görüşüb.

Obama bu görüşdən əvvəl bildirmişdi ki, o, Putin və Rusiya cəmiyyətinin bütün nüfuzlu adamları ilə görüşməyə hazırdır.

Baş nazir Putin deyib ki, Rusiya Obamanın rəhbərlik etdiyi ABŞ-la münasibətlərin yaxşılaşacağına ümid edir.

İyulun 6-ı Rusiya və ABŞ prezidentləri nüvə silahının azaldılması və Əfqanıstana Rusiya ərazisindən keçməklə təchizat daşınması razılığına gəliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG