Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:21

Obama: «Münasibətləri möhkəmlətmək üçün əla imkanlar var»


ABŞ prezidenti Barak Obama Rusiya baş naziri ilə görüşü zamanı deyib ki, onlar hər mövzuda razılığa gələ bilməzlər, lakin münasibətləri möhkəmlətmək üçün əla imkanları var.

ABŞ prezidenti Barak Obama Rusiyaya səfərinin ikinci günü Rusiya baş naziri Vladimir Putinlə görüşüb.

Obama bu görüşdən əvvəl bildirmişdi ki, o, Putin və Rusiya cəmiyyətinin bütün nüfuzlu adamları ilə görüşməyə hazırdır.

Rusiya baş naziri deyib ki, Rusiya Obamanın rəhbərlik etdiyi ABŞ-la münasibətlərin yaxşılaşacağına ümid edir.

Iyulun 6-ı Rusiya və ABŞ prezidentləri nüvə silahının azaldılması və Əfqanıstana Rusiya ərazisindən keçməklə təchizat daşınması razılığına gəliblər.
XS
SM
MD
LG