Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:59

Təyyarədə ayaqüstə də uçmaq olar


Hazırda «Ryan Air» İrlandiya Hava Nəqliyati İdarəsi ilə ayaqüstü yerlərin mümkünlüyü barədə danışıqlar aparır
«Ryan Air» aviaşirkətinin baş direktoru Maykl O’Liri, müştəriləri daha ucuz aparmaq üçün yeni sxem fikirləşib. The Sun qəzetinin yazdığına görə, «Ryan Air», «Boeinq» konserni ilə yeni, müştərilərin ayaqüstü yerləri olan təyyarə istehsalı barədə danışıqlar aparıb.

Hazırda «Ryan Air» İrlandiya Hava Nəqliyati İdarəsi ilə ayaqüstü yerlərin mümkünlüyü barədə danışıqlar aparır. Əgər bu razılıq əldə olunsa, onda ayaqüstü yerlərə olan biletlərin qiyməti oturacaq yerlərinə olan bilet qiymətindən ucuz olacaq. «Ryan Air»in ayaqüstə gedən sərnişinləri üçün xüsusi təhlükəsizlik kəmərləri nəzərdə tutulub. Bu kəmərlər sərnişinlərin belləri ətrafında bərkidiləcək.

Ayaqüstü yer ideyasını, öz qeyri-adi fikirləri ilə məhşur olan O’Liri, Çin aviadaşıyıcısı «Spring Airlines»dan götürüb. «Spring Airlines» dünyada ilk ayaqüstü sərnişin daşımağa qərar verən aviaşirkətdir. Ayaqüstü sərnişin daşımaq hesabına, «Spring Airlines» sərnişinlərin sayını 50 faiz artıraraq bilet qiymətlərini 20 faiz endirmək istəyir. Lakin ayaqüstü yerlərin necə görünəcəyi hələ dəqiq məlum deyil.

Əksər ölkələrin qanunvericiliyində ayaqüstü yerlərin qurulmasına məhdudiyyət yoxdur. Belə ki, ABŞ-ın Federal aviasiya idarəçiliyində sərnişinlərin, təyyarənin qalxma və enmə zamanı təhlükəsizlik kəmərini bağlaması nəzərdə tutulur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG