Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:51

Sincanda etirazlarda 140 adam ölüb


Çində uyğurların yaşadığı Sincan regionunun paytaxtı Urumçidə etirazlarda azı 140 adam ölüb

Çində uyğurların yaşadığı Sincan regionunun paytaxtı Urumçidə etirazlarda azı 140 adam ölüb

Çində uyğurların yaşadığı Sincan regionunun paytaxtı Urumçidə etirazlarda azı 140 adam ölüb, 800-dən çox adam yaralanıb. Bu, Çinin dövlət mediasının rəsmi məlumatıdır.

«China Daily» etirazçıların 500 nəfər, Amerikanın Uyğur Assosiasiyası isə 3000 nəfər olduğunu xəbər verir. Həbs olunanlar isə yüzlərlədir. Şəhərdə komendant saatıdır. Hazırda Sincanda internet də işləmir.

Rəsmi məlumata görə, bıçaqla, daşla, dəmirlə silahlanmış etirazçılar küçədəki maşınlara od vurublar, polislə toqquşmalara gediblər.

Əhalisinin yarısı türkdilli müsəlman uyğurlar olan Sincanın qubernatoru Nur Bəkri bazar günü baş vermiş iğtişaşların xaricdən yönəldiyini deyib:

«3 qüvvə - separatizm, terrorizm və dini ekstremizm daxildən və xaricdən idarə olunaraq Çinin Kommunist Partiyasına və hökumətinə hücuma keçib. Onlar cəmiyyətin harmoniyasını pozublar. Tarix sübut edir ki, sabitlik nemətdir, xaos dağıntıdır. Sincanın iqtisadiyyatının və cəmiyyətinin sutrətli inkişafı bütün etnik qruplara fayda verir».

Qubernator Nur Bəkri iğtişaşların xaricdən yönəldiyini deyir
Çin rəsmiləri etirazların təşkilində Almaniyada qərarlaşan Dünya Uyğur Konqresini və onun sədri iş adamı Rəbiyə Qədiri ittiham edir. Rəbiyə Qədir hazırda Amerika Birləşmiş Ştatlarında yaşayır.

Rəsmi orqanlar etirazları təşkil olunmuş qiyam adlandırırlar, bu işin təşkilində ittiham oluna xaricdəki uyğurlar isə bildirirlər ki, etirazlara səbəb polisin dinc nümayişə atəş açmasıdır.

Dinc nümayiş isə hökumətin apardığı siyasətə və milliyyətcə çinlilərin uyğurlar üzərində hakim mövqe tutmağına etiraz edirdi.

Keçən ay Quanqdon vilayətində də çinlilərlə uyğurlar arasında toqquşmalar olmuşdu, onda 2 uyğur öldürülmüşdü.

Sincanda 8 milyon uyğur yaşayır. Bu da region əhalisinin yarısıdır. Sincan Çinin Orta Asiyaya açılan qapısı hesab edilir. Bu region təbii qaz, minerallarla zəngindir.

Türk xalqı olan uyğurlar dinc nümayişlərlə öz milli mənliklərinin tanınmasını, müstəqillik tələb edirlər. Çin rəhbərliyi isə terrorizm ittihamından istifadə edərək uyğurların etiraz hərəkətlərinə terrorizm damğası vurmaq istəyir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG