Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:34

İran Britaniya səfirliyinin daha 1 əməkdaşını azad edib


İran Britaniya səfirliyinin həbsdə olan iki yerli əməkdaşından birini də azad edib.

Bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi xəbər verir.

Amma səfirliyin digər əməkdaşı Hüseyin Rəssam hələ də həbsdədi.

O ölkənin milli maraqlarına qarşı fəaliyyətdə ittiham olunur və çox güman ki, yaxın vaxtlarda məhkəməyə cəlb olunacaq.

İranın hakim dairələri iyunun sonunda Tehrandakı Britaniya səfirliyinin 9 yerli əməkdaşını həbs eləmişdi.

Onlar prezident seçkilərindən sonra ölkədə baş vermiş iğtişaşları qızışdırmaqda ittiham olunurdular.

Böyük Britaniyanın xarici işlər nazirliyi səfirliyin həbsdə qalan sonuncu əməkdaşının da azad olunmasına çalışır.

Günün bütün mövzuları

XS
SM
MD
LG