Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:30

Obama Medvedevlə görüşür


ABŞ prezidenti Barak Obama Moskvaya rəsmi səfərə gəlib.

O artıq Kremldə rusiyalı həmkarı Dimitri Medvedevlə danışıqlara başlayıb.

Barak Obama görüşdən qabaq deyib:


"Birləşmiş Ştatlarla Rusiyanı birləşdirən məsələlər ayırandan daha çoxdur.
Əgər biz yaxın bir neçə gün ərzində yaxşı işləsək onda hər iki xalqın xeyirinə olan böyük tərəqqiyə nail ola bilərik".

Tərəflər ikitərəfli münasibətlər və beynəlxalq problemləri müzakirə edəcəklər.

Strateji hücum silahlarının ixtisarıyla bağlı yeni müqavilə müzakirələrin əsas movzularından biri olacaq.

Rusiyayla Birləşmiş Ştatlar bundan əvvəl yeni müqaviləylə bağlı razılığa gəliblər.

Adının çəkilməsini istəməyən ABŞ rəsmisi deyib ki, muqavilə rəsmi qaydada elan edilməzdən qabaq baxılmaq üçün ABŞ və Rusiya prezidentlərinə təqdim olunacaq.

Hazırda qüvvədə olan müqavilənin vaxtı dekabrın 5-də sona yetir.

Bundan başqa danışıqlar zamanı Əfqanıstandakı vəziyyət , bu ölkədəki NATO qüvvələrinin Rusiya ərazisindən silahla təhcizatı da müzakirə olunacaq.

Barak Obama səfər zamanı baş nazir Vladimir Putin və müxalifət nümayəndələrilə də görüşəcək.

O, Moskvaya həyat yoldaşı və iki qızıyla gəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG