Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:24

Prezidentlər yenidən Rusiyada görüşəcəklər


Prezidentlərin Sankt-Peterburq görüşü, 5 iyun 2009

Prezidentlərin Sankt-Peterburq görüşü, 5 iyun 2009

Azərbaycan və Ermənistan prezidentlərinin Moskva görüşü iyulun ortalarında olacaq.

Bu barədə diplomatik korpus nümayəndələri ilə birlikdə Gəncədə səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. Nazir bu görüşdən çox şeylər gözlədiklərini bildirib: «Bu, əsas etibarilə prezidentlərin Sankt-Peterburq görüşünün davamı olacaq. Danışıqlara orda qaldığımız nöqtədən davam edəcəyik».

«Mətbuat nümayəndələrinin və ziyalıların Qarabağ danışıqlarına qoşulması gözlənilirmi» sualına cavab olaraq nazir bunun çox yaxşı ideya olduğunu və yaxşı nəticələr verə biləcəyini söyləyib:

«Biz Qarabağın erməni əhalisini Azərbaycanın tərkibində yaşamaq əhval-ruhiyyəsində kökləməliyik. Bu mənada ziyalıların qarşılıqlı səfərləri rol oynaya bilər. Amma belə səfərlərin təşkili o qədər də sadə iş deyil. Çünki ora kimin göndəriləcəyi və bunu nə dərəcədə bacaracağı biz az qaranlıq məsələdir».

Günün bütün mövzuları

XS
SM
MD
LG