Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:59

ABŞ prezidenti Moskvada rəsmi səfərdədir


ABŞ prezidenti Barak Obama rəsmi səfərlə Moskvadadır. Səfər iki gün çəkəcək.

O, bu gün Rusiya prezidenti Dmitriy Medvedevlə danışıqlar aparacaq. Onlar iki tərəfli münasibətləri və vacib beynəlxalq problemləri müzakirə edəcəklər. Əsa mövzulardan biri də nüvə silahının azaldılması olacaq.

Barak Obama Rusiya baş naziri Vladimir Putinlə də görüşəcək. Onun müxalifət nümayəndələri ilə də görüşü gözlənilir.

Obama Moskvaya həyat yoldaşı və iki qızı ilə gedib.


Günün bütün mövzuları

XS
SM
MD
LG