Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:23

Barak Obama Rusiyaya gedir


ABŞ prezidenti Barak Obama iyulun 6-ı Rusiyaya iki günlük səfər edəcək. Səfər zamanı Barak Obama və Rusiya prezidenti Dmitriy Medvedev ölkələrin nüvə arsenalının məhdudlaşdırılması və bir sıra başqa məsələlər müzakirə ediləcəklər. Obama həmçinin Əfqanıstandakı NATO qüvvələrinə Rusiya ərazisindən keçməklə təchizat daşınması üçün Rusiyanın razılığını almaq niyyətindədir.

Medvedev bildirib ki, ABŞ yalnız Avropada raketdən müdafiə sistemi quraşdırmaq planından əl çəkdiyi təqdirdə tam silahlara nəzarət sazişinə nail ola bilər. Obama isə bu iki məsələ arasında əlaqə olmadığını deyib.
XS
SM
MD
LG