Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:05

5 abituriyent imtahandan xaric olunub


Valideynlər övladlarını gözləyirlər
Valideynlər övladlarını gözləyirlər
5 abituriyent III ixtisas qrupu üzrə qəbul imtahanından xaric olunub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadə «Azadlıq» radiosuna belə deyib. İmtahandan xaric olunanların 4-ü imtahan binasına mobil telefon keçirməyə cəhd göstərib:

«Əvvəlcədən xəbardarlığa və abituriyentlərə paylanmış yaddaş kitabçasında qeyd olunmasına baxmayaraq, bəzi abituriyentlər içəri mobil telefon keçirmək istəyiblər və buna görə də imtahandan xaric olunublar. Digər bir nəfər isə nizam-intizam qaydalarını pozub, imtahanın gedişatına mane olub».

Elnur Nağızadə deyir ki, iyulun 5-i axşam saat 9-dan sonra testlərin bütün variantlar üzrə düzgün cavabları Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytına yerləşdiriləcək. İki gün sonra – iyulun 7-də isə abituriyentlər imtahandan nə qədər bal yığdıqlarını həmin saytdan öyrənə biləcəklər.

İxtisas seçimi isə digər qruplar üzrə imtahanlar başa çatandan sonra – iyulun 25-dən başlayacaq. Hər qrup üzrə müsabiqə şərtlərini ödəyən şəxslər iyulun 25-dən avqustun 3-dək internet vasitəsilə ixtisas seçimi edəcəklər. Bu imkanı yalnız III qrup üzrə ən azı 300, digər qruplar üzrə isə ən azı 250 bal toplayanlar qazanacaqlar.

İyulun 5-i III ixtisas qrupu üzrə qəbul imtahanı Bakı, Naxçıvan və Sumqayıt şəhərlərində keçirilib. III qrup üzrə 35772 abituriyent ərizə təqdim edib. I ixtisas qrupu üzrə imtahan iyulun 12-də, II qrup üzrə iyulun 24-də, IV ixtisas qrupu üzrə isə iyulun 18-də keçiriləcək.
XS
SM
MD
LG