Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:56

«Rusiya Ermənistana xəyanət etməli, Azərbaycansa Qərbə»


Bloqçu İlqar Məmmədov
Bloqçu İlqar Məmmədov
Bülbüloğlu Stepanakertdədir. Ümid edirsiz ki, bir neçə gündən sonra Obama ilə Medvedev Moskvada Qarabağ münaqişəsini həll edəcək? Mənə elə gəlir ki, Bakı və Moskva arasında rəsmi dostluğun piki – Qarabağ münaqişəsi bu tezlikdə həll olunmayacaq.

İlqar Məmmədovun http://ilgarmammadov.livejournal.com/ bloqunda azərbaycanlı nümayəndə heyətinin Ermənistana səfəri belə şərh olunur: «Düzdür, müharibə üçün hələ bir neçə səbəb də lazımdır. Moskva Gürcüstanı parçalamaq və öz adamını Tbilisidə oturtmaq cəhdinin baş tutmadığını görəndə tərəfləri hərbi əməliyyatlara təhrik edəcək. Bundan başqa, müharibənin başlanması üçün Mərkəzi Asiyadan Qara dənizə enerji kəməri ilə bağlı proses həlledici məqama çatmalıdır. Əgər bütün bu şərtlər reallaşıbsa, müharibənin yenilənməsinə çox qalmayıb».

Bloqçu yazır ki, hazırda bundan qaçmağın yeganə yolu budur: «Rusiya Ermənistana xəyanət etməli, Azərbaycan –Qərbə. Eyni zamanda bu iki şərtin həyata keçirilməsi isə mümkünsüz görünür».

Digər bloqçunun fikrincə isə, İsrail Azərbaycanı Qafqazın güc mərkəzinə çevirir. Məqsəd İranın Bakıya olan təzyiqlərinin qarşısını almaqdır.

Dərviş (http://dervish-y.livejournal.com/93131.html) qeyd edir ki, Peresin Bakı səfəri illik müdafiə büdcəsini 2.5 milyard dollara çatdıran Azərbaycanla İsrail arasında müdafiə sənayesi əlaqələrinin olduğunu da göstərdi:

«Son illərdə İsraildən döyüş silahları alan Azərbaycanın ordunun təkmilləşdirilməsi üçün bu cür silahların almasına davam edəcəyi anlaşılandı. Yəni Türkiyə mütəxəssislərinin yetişdirdiyi, NATO standartlarına cavab verən, eyni zamanda İsrailin yüksək səviyyəli silahları ilə silahlanmış bir Azərbaycan ordusu yaradılır. İsrailin məqsədi nədir? Təbii ki, İranın onsuz da soyuq münasibətləri olan Azərbaycana güclü təsir etməməsi üçün Təl-Əviv bu addımı atır. Beləliklə, Ermənistan üçün böyük, İran üçün də hədələyici bir güc mərkəzi yaradılır. Bütün bunların yaradılmasında İsrailin əsas məqsədi İrana qarşı yeni bir narazı qüvvə yaratmaqdır. Onsuz da hər zaman oynayan İran-Azərbaycan əlaqələri Peresin Bakıya gəlişindən sonra bir qədər də gərginləşdi. Molla rejimi Bakının Peresi gülərüzlə qarşılamasını həzm edə bilmədi və dərhal səfirini geri çağırdı. Bunun içərisində Azərbaycanın Təl-Əvivdə səfirlik açmaq istiqamətində atdığı addımlar da xüsusi yer alırdı. Molla rejimi fikirləşir ki, İsrail işğalçı ölkədir orada səfirlik açmaq bir müsəlman ölkəsinə yaraşmaz (?)».

MODELDƏN POLİTOLOQ ÇIXAR, YA YOX

Azərbaycanlı bloqçuları nəinki siyasət, hətta siyasətçilərin kimliyi də narahat edir. Məsələn, tanınmış azərbaycanlı model Züleyxa Akçurinanın hansı ixtisasa yiyələnməsi də bloqçuların nəzərindən yayınmayıb. Rork (http://rork.livejournal.com/151517.html) «Romanın gündəliyi» adlı bloqunda yazır ki, Akçurina «Azərbaycanın siyasi sistemi» mövzusunda diplom işini müdafiə edib və beləliklə də Qərb Universitetinin «Politologiya» fakültəsində təhsilini uğurla başa çatdırıb.

Akçurina Day.az-a müsahibəsində deyib ki, komissiya həm işindən, həm də xarici görkəmindən məmnun qalıb: «Bakalavr mantiyasının üstünə mən ağ və bənövşəyi rəsmləri olan Şəki kəlağayısı taxmışdım. Müəllimlər mənim model fəaliyyətimi də çox təriflədilər».

Bloqçu bu xəbərə öz şərhini əlavə edib yazır: «Bax belə. Bizim siyasətin rəngidir bu – ağ, bənövşəyi rəsmlərlə. Bax burada kimlərsə tikmə ciblər qoydurur. Biz buna dözməyəcəyik!»

UŞAQLAR ÖLÜR - AZƏRBAYCANDA DA, QƏZZADA DA

Azərbaycanda uşaq ölümü...Hər 1000 yeni doğulanın 58-i ölür.

Bloqçu Əli Məmmədov (http://mamedovali.livejournal.com/4589.html) yazır ki, belə bir məlumat tapıb. Azərbaycanda hər 1000 yeni doğulan körpənin 58-i ölür. (220 arasında 47-ci yer)

Yazar statistikanı Qəzza zolağı ilə müqayisə edir: Hər 1000 körpəyə 21 ölüm!!!

NABRANDAN XƏBƏRLƏR

Hətta istirahət edəndə də bloqçular öz müşahidələrini bölüşməyi unutmurlar. Nabran haqqında yazısında (http://vizya.livejournal.com/2523.html#cutid1) Vizya yazır ki, Azərbaycanın gözəl səfalı bölgələrindən birinin təbiəti məhv edilir.

İstifadəçi yazır ki, əgər Nabranın təbiəti ona diqqəti artırıbsa, həmin bu təbiət amansızcasına məhv edilir: «Mən bağ evimə istirahət etmək həvəsi ilə getdim, düşünürdüm ki, hələ turist axını az olar. Ancaq istirahətin əvəzində nə oldu? Nabran boyu yollarda tikinti məqsədi ilə torpaqları ələ keçirmək üçün yaşıl böyürtkən kolları amansızlıqla yandırılır, keçən ildən qalma zibil təpələri həm çimərlikdə, həm də meşədə mövcudluğu ilə sizi sevindirir, brakonyerlər isə rəhmsizcəsinə dənizi soymaqla paralel Qırmızı kitaba salınan dəniz faunasını – suitiləri məhv edir!»

Bloqçu yazır ki, meşə və dənizə hər səfər xoşagəlməz mənzərələrlə müşayiət olunur, zibil tullantılarının toplanması, basdırılması və ya yandırılması ilə nəticələnirdi:

«Bizim suallarımıza yerli bələdiyyə cavab verib ki, zibil üçün zibilxana ayrılmayıb, nə də onu toplamaq üçün maşın. Ona görə də mövsüm şənlik vəd edir!»

PİSLİKLƏ DOLU ÇİMƏRLİKLƏR

Fatih İrəvanlı (http://fatih-irevanli.livejournal.com/?skip=20) isə Abşeron çimərliklərinin vəziyyətindən narahatdır. Yazır ki, Sumqayıtda kanalizasiya borusu birbaşa dənizə çıxır. Çimərlik də sözün əsl mənasında pisliklərlə doludur: «Əgər sanepidemnəzarətçilər Sumqayıtda yolu tanımırlarsa, dəqiqləşdirirəm: «Göyərçi»nin arxasından dənizə tərəf düşüb Saray kəndi tərəfə (yaxud sağa) 100 metr getmək lazımdır».

XƏBƏRSİZ GƏLƏN TOZ

Azərbaycan bloqosferasında Bakının üstünü alan tozla bağlı yazılan bütün versiyaları çatdırmaq çətindir. Amma demək olar ki, hamısında bir sual var: Görəsən Türkmənistandan gələn toz barədə əhaliyə niyə əvvəlcədən məlumat verilməyib?

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG