Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:10

Xodorkovski günahını etiraf etdikdən sonra əfv məsələsinə baxmaq olar


Rusiya prezidenti Dimitri Medvedev YUKOS-un işində siyasi motiv görmür və hesab edir ki, hələlik Mixail Xodorkovskinin əfvindən danışmaq tezdir.

Medvedev İtaliya mətbuatına müsahibəsində qeyd edib ki, Xodorkovski prezidentdə müraçiət etdikdən, günahını etiraf etdikdən və müvafiq qərar qəbul edilməsini xahiş etdikdən sonra bu məsələyə baxıla bilər.

YUKOS-un keçmiş rəhbəri Mixail Xodorkovski maliyyə fırıldaqçılığı ittihamıyla 8 il həbs cəzası alıb.

Hazırda onu neft oğurlama və pulyuma ittihamıyla yenidən mühakimə edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG