Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:36

İ.Əliyev: «Rusiya ilə qaz razılaşması hər iki ölkənin maraqlarına cavab verir»


«Rusiya ilə imzaladığımız müqavilə bizim üçün qaz nəqlində tam diversifikasiyanı təmin etmək imkanıdır. Rusiya qərb bazarı kimi Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Bunu Rusiyanın Vesti kanalına müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev deyib.


Dövlət başçısı Azərbaycan qazının Rusiyaya ixracının hər iki ölkə üçün iqtisadi baxımdan sərfəli olduğunu bildirib: «Bu razılaşma həm Azərbaycanın, həm də Rusiyanın maraqlarına cavab verir. Bu, bizim üçün yeni, daha böyük bazara çıxış imkanıdır. Əvvəlcə bizim ixracımız qərb istiqamətinə yönəlmişdi. Hazırda dörd ölkə Azərbaycandan qaz alır. Bu nöqteyi-nəzərdə Rusiya bazarı böyük əhəmiyyət kəsb edir. Rusiyanın cənub regionlarının Azərbaycandan alınan qazla təminatı ilə bağlı zərurət var. Bu, Rusiya üçün iqtisadi baxımdan sərfəlidir. Eləcə də qarşılıqlı sərfəli iqtisadi şərtlər var. Bağlanmış müqavilə ikitərəfli xarakter daşıyır. Rusiyaya nəql olunacaq qaz Azərbaycan Dövlət Neft Şirkəti tərfəindən tədarük olunur. Bu hasilatı gələn il bitirməsi nəzərdə tutulan Şahdəniz -1 yatağından da ola bilər. Gələcəkdə Şahdəniz - 2 yatağından və ya başqa yataqdan da istifadə oluna bilər» deyə dövlət başçısı qeyd edib.

XS
SM
MD
LG