Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:06

Lənkəran sakini Polis Şöbəsində özünü asıb


Ötən il də Lənkəran rayon Polis Şöbəsində oxşar hadisə baş vermişdi
Ötən il də Lənkəran rayon Polis Şöbəsində oxşar hadisə baş vermişdi
Lənkəran rayon sakini Əliyev Rüstəm Nəbi oğlu iyulun 2-də günorta saatlarında Lənkəran Polis Şöbəsində özünü asıb.

R.Əliyev Cinayət Məcəlləsinin 234-cü maddəsi (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə təqsirli bilinirdi.

Lənkəran rayon Polis Şöbəsi məsələ ilə bağlı açıqlamaya verməyib.

Mərhumun ailə üzvləri isə R.Əliyevə Polis Şöbəsində işgəncə verilərək öldürüldüyünü iddia edirlər.

Ötən il də Lənkəran rayon Polis Şöbəsində oxşar hadisə baş vermişdi. Rayon sakini Zaur Məmmədov şöbədə özünü asmışdı. Sonralar onun döyülərək öldürüldüyü məlum oldu.

İnsan haqları üzrə cənub Resurs Mərkəzinin direktoru Esmira Turhidənin dediyinə görə, Lənkəran rayon Polis Şöbəsində işgəncə faktları mövcuddur. Bir neçə il bundan əvvəl sözügedən şöbədə 16 yaşlı bir gəncə işgəncə vermişdilər. İşgəncə faktı ilə bağlı məhkəmə də olmuşdu.
XS
SM
MD
LG