Keçid linkləri

2017, 17 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 15:17

Obama Rusiya mətbuatına müsahibə verib


ABŞ prezidenti Barak Obama Moskvaya səfəri ərəfəsində müxalifət qəzeti olan Novaya Qazetaya müsahibə verib.

Barak Obama rusiyalı həmkarı Dimitri Medvedevin ölkədə qanunlar və vətəndaş azadlığının möhkəmlənməsinə yönəlmiş cəhdlərini müdafiə etdiyini deyib.

Röyter agentliyi yazır ki, Barak Obama Kremillə münasibətlərin yaxşılaşması naminə səfər zamanı insan haqlarıyla bağlı məsələ qaldırmaq fikrində deyil.

ABŞ prezidenti ümumilikdə Rusiya səfərinin nəticələrinə nikbin yanaşır.
Səfər iyulun 6-da başlayacaq.

NATO-nun genişlənməsi, Birləşmiş Ştatların Avropada hava hücumlarından müdafiə sistemləri qurmaq istəməsi və ötən ilin Avqustunda Rusiyanın

Gürcüstana hərbi müdaxiləsinə görə münasibətlərdə gərginlik müşahidə olunur.
XS
SM
MD
LG