Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 03:46

Tehran Britaniya səfirliyinin iki əməkdaşından birini azad edəcək


Tehrandakı Britaniya səfirliyinin həbsdə olan iki yerli əməkdaşından biri bu gün azad olunmalıdır.

Böyük Britaniyanın xarici işlər naziri Devid Milibendin sözlərinə görə o heç bir ittiham irəli sürülmədən azad olunacaq.

Amma səfirliyin digər yerli əməkdaşı Hüseyin Rəssam hələ də həbsdədir.

O ölkənin milli maraqlarına qarşı fəaliyyətdə ittiham olunur və çox güman ki, yaxın vaxtlarda məhkəməsi olacaq.

İranın hakim dairələri iyunun sonunda Tehrandakı Britaniya səfirliyinin 9 əməkdaşını həbs eləmişdi.

Onlar nümayişlərdən sonra ölkədə baş vermiş iğtişaşları qızışdırmaqda itiham olunurdular.
XS
SM
MD
LG