Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:04

ABŞ Şimali Koreyanı gərginliyi artırmamağa çağırıb


Birləşmiş Ştatlar Şimali Koreyanı raket sınaqları keçirməklə gərginliyi daha da artırmamağa çağırıb.

Şimali Koreya bu gün 7 raket sınağı keçirib.

Bu addımının faydasız olduğunu deyən Dövlət Departamenti bildirib ki, Şimali Koreya bunun əvəzində diqqəti nüvəsizləşdirməylə bağlı danişiqlara yönəltməlidir.

Cənubi Koreya ordusu şimaldan gələn istənilən təhlükənin qarşısını almağa və istənilən fitnəkarlığa cavab verməyə hazır olduğunu bəyan edib.

Yaponiya Şimali Koreyanın hərəkətini kəskin pisləyib və bunu qonşu ölkələrə qarşı fitnəkarlıq adlandırıb.

BMT-nin təhlükəsizlik şurası iyunun 12 də hələ mayda keçirdiyi nüvə və raket sınaqlarına görə Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG