Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:33

Co Bayden İraq liderlərini barışığa nail olmağa çağırıb


Birləşmiş Ştatların vitse-prezidenti Co Bayden İraq liderlərini etnik, dini və siyasi qruplar arasında barışığa nail olmaq üçün səyləri artırmağa çağırıb.

O dünən Bağdadda İraq liderləri və Amerika komandanlığının nümayəndələrilə görüşüb.

Danışıqlar zamanı Amerika ordusunun iri şəhərlərdən çıxarılmasından sonra ölkədəki vəziyyət müzakirə olunub.

Radikal şiə lideri Möqtəda əs Sədrin tərəfdarları dünən Baydenin səfəri və Amerikanın İraqda hərbi iştirakına etiraz olaraq aksiya keçiriblər.
XS
SM
MD
LG