Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:35

«Xalq diplomatiyası» cəmiyyətləri birgə yaşayışa hazırlayır


«Azərbaycan və Ermənistan ziyalılarının qarşılıqlı səfərləri milli maraqlara zidd deyil». Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına Azərbaycan Prezidenti Administrasiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov belə deyib.

Şöbə müdiri «Xalq diplomatiyası»nın cəmiyyətləri birgə yaşayışa hazırladığını bildirib.

Məmmədovun sözlərinə görə, Azərbaycan və erməni xalqları birgə yaşayıblar və bundan sonra da yaşayacaqlar.

«Münaqişə həll edildikdən sonra xalqların birgə yaşayışı vacib məsələdir və cəmiyyət buna hazır olmalıdır. Bu baxımdan, hər iki xalqın ziyalılarının qarşılıqlı səfərləri əhəmiyyətlidir» - şöbə müdiri əlavə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG