Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:24

Şimali Koreya bir gündə 7 raket sınağı keçirib


Şimali Koreya bu gün 7 raket sınağı keçirib.

Cənubi Koreyanın verdiyi məlumata görə onların hamısı 500 kilometrlik məsafəni qətə edə bilən yaxın mənzilli raket olub.

Cənubi Koreya ordusu şimaldan gələn istənilən təhlükənin qarşısını almağa və istənilən fitnəkarlığa cavab verməyə hazır olduğunu bəyan edib.

Yaponiya Şimali Koreyanın hərəkətini kəskin pisləyib və bunu qonşu ölkələrə qarşı fitnəkarlıq adlandırıb.

Ötən cümə axşamı isə Şimali Koreya şərq sahillərində 4 sınaq keçirib.

BMT-nin təhlükəsizlik şurası iyunun 12 də hələ mayda keçirdiyi nüvə və raket sınaqlarına görə Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib.
XS
SM
MD
LG