Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:24

Britaniya Tehrandan təcili iki nəfərin azad olunmasını tələb edir


Böyük Britaniyanın xarici işlər naziri Devid Milibend İranın hakim dairələrini təcili Britaniya səfirliyinin həbsdə olan iki yerli əməkdaşının taleyinə aydınlıq gətirməyə çağırıb.

İranın hakim dairələri iyunun sonunda Tehrandakı Britaniya səfirliyinin 9 iranlı əməkdaşını həbs eləmişdi.

Britaniya onlardan 7-nin azad olunduğunu amma iki nəfərin hələ də həbsdə saxlanıldığını deyir.

İransa bir nəfərin həbsdə qaldığını deyir.

İran hakimiyyəti onları iyunun 12-də keçirilmiş mübahisəli prezident seçkilərindən sonra ölkədə baş vermiş iğtişaşları qızışdırmaqda ittiham edir.

Devid Milibend onların taleyindən narahat olduğunu və onların heç bir qanunsuz hərəkət etmədiklərinə əmin olduğunu deyir.

Avropa Birliyi ölkələri İran səfirlərini çağırıb ümumi etiraz eləmək, onların azad olunmasını tələb etmək qərarına gəliblər.
XS
SM
MD
LG