Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:40

Los Anceles Maykl Ceksonla vida mərasiminə hazırlaşır


Los Anceles şəhərinin rəhbərliyi gələn həftə cümə axşamı günü Maykl Ceksonla vidalaşmaq istəyənlərin böyük axınına hazırlaşır. Polisin təxminlərinə görə mərasimin keçirildiyi yerə 700 000-ə yaxın adam gəlməyə çalışacaq.

Mərasimin keçirilməsi üçün “Staples Center” ayrılıb. Mərkəz artıq internetlə 17 500 pulsuz bilet paylayıb. Amma bilet üçün yalnız ABŞ vətəndaşları müraciət edə bilərlər.

Şəhər Şurasının rəhbəri sakinləri evlərində oturmağa və mərasimi televiziya ilə izləməyə çağırıb.

Məraism şəhərdə böyük ekranla nümayiş etdirilməyəcək və cənazə küçələrə çıxarılmayacaq.

Pop kralı Maykl Cekson ötən həftə 50 yaşında ürək tutmasından ölüb.
XS
SM
MD
LG