Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:55

Bəs qonşu ölkələrdə əhali qazı hansı qiymətə alır?


Bəzi idxalçı ölkələr qaz qiymətlərində minimum əməkhaqqını nəzərə alır
Azərbaycanda qazın qiyməti qalxandan sonra belə bir sual yarandı ki, bəs qonşu ölkələrin sakinləri yanar qaz işlətmək üçün nə qədər pul ödəyirlər. Məlum oldu ki, özü qaz istehsal edən ölkələrdə bu qiymət qazı başqa yerdən alan ölkələrlə müqayisədə az qala 2 dəfə ucuzdur.

«Azərbaycan bölgədə qaz ixrac edən dövlətlər arasında qazı öz əhalisinə ən baha qiymətə satan ölkədir».

Bunu Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir. Bəzi ölkələr əhaliyə qaz satışında pulsuz limit tətbiq edir, bir sıra idxalçı ölkələr isə qaz qiymətlərində minimum əməkhaqqını nəzərə alır.

Sizə müqayisə aparmaq imkanı yaratmaq üçün bir sıra ölkələrdə qazın qiymətlərini təqdim edirik.

İxrac edən ölkə Qiymət
(1000 m3)
İdxal edən ölkə Qiymət (1000 m3)
Azərbaycan 120$ Belarus150$
Rusiya 77$ Ukrayna 300$
Qazaxıstan 55$ Gürcüstan 300$
Özbəkistan 42$ Ermənistan240$
Türkmənistan İlk 50 m3 pulsuz sonra 15$
İran20$

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG