Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:11

Lex Kaçınski Oqtay Əsədovla görüşüb


İyulun 3-də Azərbaycanda səfərdə olan Polşa prezidenti Lex Kaçınski Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb. Parlamentin mətbuat xidmətinin bu barədə məlumatında deyilir ki, spiker Oqtay Əsədov qarşılıqlı səfərlərin münasibətlərin inkişafına müsbət təsir etdiyini diqqətə çatdırıb.

Polşa-Azərbaycan dostluğunun dərin kökləri olduğunu vurğulayan ali qonaq isə, iki dost ölkə arasında əlaqələrin inkişafı üçün bundan sonra da əlindən gələni əsirgəməyəcəyini bildirib.

Polşanın dövlət başçısı qarşılıqlı münasibətlərin inkişafında parlamentlərin rolunu qeyd edərək qanunverici orqanların əməkdaşlığını, xüsusilə də dostluq qruplarının fəaliyyətini yüksək dəyərləndirib. Sonra tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
XS
SM
MD
LG