Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:22

Rusiya öz ərazisi ilə Əfqanıstana silah daşımağa razılaşır


Kremldən verilən məlumata görə Rusiya ABŞ-ın onun ərazisi ilə Əfqanıstanan silah daşımağa icazə verəcək.

Prezident Medvedevin xarici siyasət üzrə məsləhətçisi Sergey Prixodko bu gün bildirib ki, prezidentlərin gələn həftə Moskvada görüşü zamanı bu barədə saziş imzalana bilər.

Rusiya bundan əvvəl ABŞ-a öz ərazisi ilə qeyri-hərbi yüklərin daşınmasına icazə vermişdi. Prixodkonun dediyinə görə yeni razılaşma ABŞ-a Rusiyanın quru və su ərazisi ilə Əfqanıstana silah da daşımağa imkan verəcək.
XS
SM
MD
LG