Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:36

Maykl Ceksonun ölümündən kim qazanır?


ABP nümayəndəsi M.Ceksonun ölümü ilə bağlı əldə olunan gəlirlər haqda konkret rəqəm açıqlamır

ABP nümayəndəsi M.Ceksonun ölümü ilə bağlı əldə olunan gəlirlər haqda konkret rəqəm açıqlamır

Məşhur müğənninin ölümündən dərhal sonra hər yerdə onun mahnılarının satışı kəskin şəkildə artıb. Ceksonun bir neçə mahnısının müəlliflik hüququ isə məhz bu ABP fonduna məxsusdur.

Hollandiyada dövlət işçilərinin qocalıq üçün qənaət etdikləri pulları ABP idarə edir. Pul vəsaitlərini artırmaq üçün müxtəlif investisiyalar həyata keçirən fond ötən il Maykl Ceksonun da mahnıları daxil olan 2 musiqi kataloqunu Universal Music Group şirkətindən satın alıb.

ABP nümayəndəsi M.Ceksonun ölümü ilə bağlı əldə olunan gəlirlər haqda konkret rəqəm açıqlamır. Lakin məlumdur ki, ötən il ABP musiqi sahəsinə 140 milyon avro pul xərcləyib və bu investisiyalardan 8 faizlik illik gəlir əldə etməyi nəzərdə tutub.

ABP-nin müəlliflik hüququnu əldə etdiyi müğənnilər arasında Timberleyk və Beyons kimi pop-ulduzların adları, bir sıra klassik musiqi inciləri də var.

İndi hər dəfə M.Ceksonun CD-si satılanda və ya pullu internet saytlarından yüklənəndə bu puldan Hollandiyadakı təqaüdçülərin də daxılına pay düşür.

ABP Yaponiya Pensiya Fondu və Norveçin Neft Fondundan sonra dünyanın 3-cü ən böyük pensiya fondudur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG