Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:00

Şirin İbadi BMT-ni İrana xüsusi nümayəndə göndərməyə çağırır


Insan haqlarının müdafiəsi sahəsində Nobel Mükafatı almış İranlı fəal Şirin İbadi BMT-ni İrana xüsusi nümayəndə göndərməyə çağırırıb.

Şirin İbadi BMT-nin Baş katibi Ban Ki-munu iyun ayında keçirilmiş mübahisəli prezident seçkisindən sonra baş verən İranda insan haqları pozuntularını təcili araşdırmağa çağırıb.

BMT-yə ünvanlanan məktubu Şirin İbadi ilə yanaşı, Beynəlxaql İnsan Haqları Federasiyası və İnsan Haqlarının Müdafiəsi üzrə İran Liqası imzalayıb.

İyunun 12-də keçirilən prezident seçkisinin elan olunan nəticəsini namizədlərdən ikisi saxtalaşdırma olub deyərək tanımır. Rəsmilər onların keçirdikləri etiraz aksiyalarında polislə toqquşmalarda 20 adam ölüb.

Rəsmi məlumata görə seçkini Mahmud Əhmədinejad udaraq ikinci dəfə prezident seçilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG