Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:20

İranda Britaniya səfirliyinin əməkdaşları məhkəməyə çıxarılır


Iranda Mühafizlər Şurasının sədri Əhməd Cənnəti iyulun 3-də bildirib ki, ölkədəki Britaniya səfirliyinin bəzi əməkdaşları məhkəməyə çıxarılacaq.

Şura iddia edir ki, hazırda həbsdə olan bu insanlar seçkidən sonra baş verən zorakılıqlarda iştirak ediblər.

Əhməd Cənnətinin dediyinə görə Britaniya səfirliyinin bu hadisələrdə həmin adamlarla iştirak etdiyi sübut olunub. Amma o, hadisədə həmin əməkdaşların necə iştirak etdiklərinə dair detallı məlumat verməyib.

Britaniya hökuməti səfirlik əməkdaşlarının həbsini pisləyib. Britaniya hökuməti səfirliyin doqquz yerli işçisindən yeddisi həbs olunduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG