Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 10:19

Qərb bölgəsində narkotiklərə meyl artır


«Narkotika aludəçiləri əsasən 25-40 yaş arasındadırlar»
«Narkotika aludəçiləri əsasən 25-40 yaş arasındadırlar»
Gəncə Narkoloji Dispanserində 395 nəfər narkotik maddə alüdəçisi müalicə olunur.

Bunu Gəncə Narkoloji Dispanserin baş həkimi Sahil İsmayılov deyib. Onun sözlərinə görə, dispaneserə müraciət edən xəstələrin əksəriyyəti Tovuz və Şəmkir rayonlarının sakinləridir:

«Bu il 395 nəfər, ötən ilin müvafiq dövründə isə 384 nəfər narkoman qeydiyyata alınıb. Hər il rəqəmlərdə artım müşahidə olunur. Sərhədlərin açılması narkotik maddələrin bölgəmizə daha çox gətiriliməsi və narkomanların sayının artması ilə nəticələnir. Həmçinin spirtli içki aludəçiliyindən azad olmaq üçün bu il 1029 nəfər müayinə üçün bizə müraciət edib».

Xəstələrin əsasən 25-40 yaş arasında olduğunu deyən baş həkim, narkomanların qeydiyyata alınanlardan ən azı iki dəfə çox olduğunu deyib.
XS
SM
MD
LG