Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:57

«Obama səhv edir»


«Barak Obama Rusiya baş nazirinə qismən «Soyuq müharibə» düşüncəsində ilişib qaldığını deməklə səhv edir». Rusiyanın baş naziri Vladimir Putinin sözçüsü Dmitri Peskov belə deyib.

O, Obmanın Putinlə bağlı fikrinin gələn həftəki görüşdən sonra dəyişəcəyinə əmin olduğunu deyib.

Iyunun 2-də «Associated Press» agentliyinə müsahibəsində Barak Obama deyib ki, prezident Dmitri Medvedev «Soyuq Müharibə» tərzli ziddiyətlərdən kənarlaşmağın ehtiyacını anlayır. Ancaq Obama bildirib ki, «Putinin bir ayağı ilə keçmişdə, digəri ilə isə yeni metodlarla hərəkət edir».

Obama gələn həftə Moskvada keçirilən sammitdə iştirak edəcək.
XS
SM
MD
LG